Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Ermənistan Tavuş bölgəsində delimitasiya prosesi çərçivəsində 24 mövqedən geri çəkilir.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan deyib.

“Əvvəlcə sərhəd əraziləri verilir, lakin onlardan başqa anklav adlanan ərazilər də var. Gələcəkdə Bakı öz mövcudluğunu gücləndirmək üçün bu anklavlarla əlaqə üçün dəhliz tələb edəcək”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, Zəngəzur, Göyçə, Dərələyəzdə lazımi infrastrukturun olmaması səbəbindən Azərbaycan tərəfi əhəmiyyətli uğurlar əldə edib.