Erməni kilsəsi tarix boyu agent olub - Paşinyan

Erməni Apostol Kilsəsi tarix ərzində “təsir agenti” olub.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

"Orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, daha sonra isə təsir agentinə çevrilirdilər. Görünən budur ki, bu günə kimi onlar üçün heç nə dəyişməyib. İki-üç aya bu məsələni həll edəcəyik", - Paşinyan qeyd edib.