Milli Məclis Müstəqillik Günü münasibəti ilə Prezident və birinci xanımı təbrik edib

Dörd gündən sonra may ayının 28-də Azərbaycanda Müstəqillik Günü qeyd ediləcək.
Sherg.azxəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, xalqımız Xalq Cümhuriyyətinin dəyərlərinə sadiqlik nümayiş etdirərək 1991-ci ildə müstəqilliyini bərpa etdi, amma yarıtmaz idarəçiliyə görə bunu davam etdirə bilmədi: "1993-cü ildə xalqın istəyilə Ümumilli lider Heydər Əliyev siyasətə qayıtdı. Təklif edirəm Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq".

Təklif alqışlarla qəbul edilib.