Komitə sədri: Yaşıl enerjiyə keçid yeni peşələr diktə edir

Biz dövlət büdcəsini müzakirə edərkən düşünürük ki, elmi tədqiqatlara nə qədər vəsait ayrılmalıdır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, elmi tədqiqatlara ayrılmalı olan vəsaiti əslində mövcud elmi tədqiqat sahəsinin problemləri özü diktə edir. Şübhəsiz ki, elmi araşdırma olmadan hansısa inkişafa nail olmaq mümkün deyil: "Yaşıl iş yerləri yaşıl keçidi və yeni peşələri diktə edir. Bəs yaşıl iqtisadiyyat hansı yeni peşələri tələb edir. Artıq beynəlxalq səviyyədə bu sahədə 380 yeni peşənin adı çəkilir".