Yevgeniya Qutsul Azərbaycan dövlət başçısını təbrik edib

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə ehtiramımı ifadə edim və Sizin şəxsinizdə Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Müstəqillik Günü azadlığı, xoşbəxt həyatı təcəssüm etdirən bayramdır və ölkənin hər bir vətəndaşı üçün sülhün, rifahın və sabitliyin təminatıdır. Bu gözəl gün həmişə bizim qiymətləndirdiyimiz azadlığın və müstəqilliyin əhəmiyyətini xatırladır. Qoy, bu gün Azərbaycanın tarixində hər zaman sevinc, hörmət və qürurla anılsın!

Sizə və Sizin şəxsinizdə ölkənin bütün sakinlərinə xoşbəxtlik, sülh və tərəqqi arzulayırıq. Qəlbləriniz həmişə doğma torpağa sevgi və işıqlı gələcəyə inamla dolsun! Hər birinizin daim ölkənizin məğrur vətəndaşı olmasını arzu edirik.

Öz növbəmizdə, Sizi əmin edirik ki, Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbərliyi əməkdaşlığımızın hərtərəfli inkişafına xüsusi diqqət yetirir və biz mövcud imkanlardan istifadə edərək dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə nail olacağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə yüksək ehtiramımı ifadə edirəm və Azərbaycan Respublikasının daha da inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.