İran səfirliyi Azərbaycan xalqını təbrik etdi

İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May - Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır", - məlumatda qeyd olunub.