Fernandu Santuş ictimaiyyətə təqdim olunub
Fernandu Santuş ictimaiyyətə təqdim olunub
08:22 13.06.2024
İdman
523
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.
Bu münasibətlə mətbuat konfransı təşkil edilib.
Mərasimdə çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur, çünki dünyaca tanınmış məşqçidir.
O, portuqaliyalının karyerası barədə məlumat verib: "Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisini 2014-cü ildə DÇ-yə çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olub".
Sərxan Hacıyev 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: "Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq. Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görüləcək ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi və Santuşla bir-birimizə inam var. Danışıqlar prosesində onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq. Hər birimizə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm