Almaniya və Britaniyanın Bakıdakı səfirləri AVRO-2024-ün açılış oyununu birgə izləyirlər

Almaniya və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Ferqus Old və Ralf Horlemann AVRO-2024-ün açılış matçı olan Almaniya – Şotlandiya oyununu birgə izləyirlər.

“Report” xəbər verir ki, bu barədə almaniyalı diplomat sosial şəbəkədə bildirib.

“Hazırıq! Həmkarım və dostum Ferqus Oldla Böyük Britaniyanın iqamətgahında Almaniya və Şotlandiya arasında AVRO-2024-ün açılış matçı canlı yayımlanır. Qoy güclü olan qalib gəlsin!”, – Horlemann qeyd edib.