Zelenski: Rusiya ədalətli sülhə hazır deyil

Ukrayna prezidenti Vladimir Zelenski İsveçrədə keçirilən Ukrayna Sülh Konfransından sonra keçirilən mətbuat konfransında danışıb. "Həqiqət budur ki,  Rusiya rəhbərliyi ədalətli sülhə hazır deyil", - Zelenski deyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bütün Ukrayna ərazisindən çəkiləcəyi təqdirdə günü sabah sülh danışıqları masasına oturmağa hazır olduqlarını bildirib və “Ancaq həqiqət budur ki, Rusiya administrasiyası ədalətli sülhə hazır deyil” deyib.
Rusiya prezidenti Vladimir Putinin müharibəyə son qoymayacağını iddia edən Zelenski, Putinin diplomatik və ya hərbi yolla “hər cür mümkün yollarla” dayandırılmalı olduğunu bildirib. Ukrayna lideri əlavə edib ki, Qərbin verdiyi hərbi yardım müharibədə qalib gəlmək üçün yetərli deyil, digər tərəfdən, o, sülh konfransına göstərilən marağın Ukraynaya dəstəyin zəifləməsinin olmadığını göstərdiyini bildirib.

ÇİNDƏN KÖMƏK İSTƏDİ

Zelenski Çinin Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasında daha böyük rol oynamasını arzuladıqlarını bildirib. Rusiya dəvət olunmadığı üçün konfransa qatılmayan Çinə müraciət edən Zelenski, “Çinin bizə kömək edə biləcəyinə inanıram. Bu səbəbdən mən çox istərdim ki, bu günlərdə Çin tərəfindən müəyyən təkliflər edilsin" deyə bildirib.

Ukraynanın heç vaxt Çini özünə düşmən hesab  etmədiyini vurğulayan Zelenski Çini dost görüb-görməmələri ilə bağlı suala belə cavab verib: “Mənim inancıma görə, dostlar çətin anlarda bir-birinə kömək edirlər. Mən istərdim ki, Çin Ukraynanın dostu olsun. “Biz Çinin ərazi bütövlüyünü dəstəkləyirik və eyni şeyi Çindən də gözləyirik".

BƏZİ İŞTİRAKÇILAR BİRĞƏ BƏYANANANI DƏSTƏKLƏMƏDİ

Konfransın yekununda qəbul edilən birgə bəyannamədə müharibədə və müharibənin yaratdığı dağıntılarda Rusiya günahlandırılıb. Birgə bəyanatda bildirilib ki, hazırda Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyası Ukraynanın nəzarətinə qaytarılmalıdır. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də tələb olunduğu birgə bəyanatda Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərinin statusu kimi mübahisəli məsələlər təxirə salınıb.

Digər tərəfdən, Hindistan, Cənubi Afrika və Səudiyyə Ərəbistanı kimi ölkələr iştirak edənlərin əksəriyyətinin dəstəklədiyi birgə bəyannaməyə imza atmayıb.