Türk milliyətçiləri Azərbaycanda səfərdədirlər - FOTOLAR

Türkiyə Cümhuriyyətinin  milliyyətçi, fəal  içtimai mövqeyə sahib 30 nəfərlik heyəti Azərbaycanda səfərdədir.

 Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, Əməkdar jurnalist Akif Aşırlının "Sherg.az"a verdiyi məlumata görə , "Qafqaz İslam Ordusunun iznində" adlı səfər proqramı bir həftə davam edəcək. A.Aşırlı qeyd edib ki , bu il Qafqaz İslam Ordusu komandanı Nuru paşanın şəhadətə qovuşmağının 75 - ci ilində belə bir səfər həyata kecirilir. Nümayəndələrin bir qismi Türkiyədə fəaliyyət göstərən Türk Ocaqlarına mənsub aydınlardır.

Bu gün Azərbaycana gələn səfər iştirakçıları Fəxri Xiyabanda umummilli lider Heydər Əliyev və milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin , millət vəkili Qənirə Paşayevanın məzarlarını ziyarət edib, ruhuna dualar oxuyublar. 


Şəhidlər Xuyabanını ziyarət edən qonaqlar Qafqaz İslam Ordusu şərəfinə ucaldılan anıta, 20 Yanvar və Qarabağ şəhidlərinin məzarlarına gül dəstələri qoyub.

Nümayəndə heyəti sabah Şamaxını və Şəkini ziyarət edəcək , Qafqaz İslam Ordusu şəhidlərinin uyuduğu məkanlarda olacaq.