AB bunun üçün Azərbaycana 10 milyon ayırdı

Bu gün Bakıda Avropa Birliyinə (AB) üzv dövlətlərin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minalarla mübarizə üzrə ekspertlərini bir araya gətirən ilk tədbir keçirilib.

Axar.az xəbər verir ki, 2024-25-ci illərdə proqram çərçivəsində AB Azərbaycana əlavə 10 milyon avro ayıracaq və humanitar minatəmizləmə sahəsində bilik və innovasiyaların mübadiləsi üçün Qabaqcıl Təcrübə Mərkəzinin yaradılmasına kömək edəcək. Bununla da Azərbaycanda minatəmizləmə prosesinə dəstəyi gücləndirəcək.

Seminar çərçivəsində Sloveniya və Bosniya və Herseqovinadan olan ekspertlər strateji planlaşdırma, minalarla mübarizədə gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşüblər.