Gürcüstan Patriarxlığı Zurabişviliyə xəbərdarlıq etdi

Gürcüstan Patriarxlığı Prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığı bəyanat yayıb.

Bildirilir ki, məsuliyyətsiz bəyanatlar və sözlər hamı üçün faciəvi nəticələrə səbəb ola bilər:

“Gürcüstan prezidentinin X sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanat verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır. Gələcək nəsillərin sağlamlığına zərər verilməsi son dərəcə narahatedicidir”.

Qeyd edək ki, Gürcüstan Prezidenti S.Zurabişvilinin etiraz aksiyaları zamanı asayişi qoruyan polis əməkdaşlarının və xüsusi təyinatlıların narkotik vasitələrin təsiri altında olmaları barədə sözləri də ciddi etirazlara səbəb olub.