Monqolustan "Novruz" nominasiyasına qoşulub

Monqolustan UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında "Novruz" nominasiyasına qoşulub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.

Beləliklə, Azərbaycan daxil olmaqla 12 ölkəni birləşdirən bu dosyedə artıq 13 ölkə təmsil olunur.