
Türkiyə Ermənistanı sülhə tələsdirir - Politoloq
Yusif Nəzərli
08:21 30.12.2024
Gündəm
478
İrəvanın hazırkı siyasəti isə müharibə şəraitinin davam etməsinə xidmət edir
Azərbaycan-Ermənistan arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edib. XİN-in hesabatında vurğulanıb ki, nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. Həmçinin, vurğulanıb ki, il ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. Hesabatda bildirilib ki, il ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib. İl ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ümumilikdə beş görüş baş tutub. Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə bu il də bağlanmadı. Ekspertin sözlərinə görə, Nikol Paşinyan Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq istəmir və tələbləri qəbul etmir:
"O, bunu parlament seçkilərindən sonra etməyi hədəfləyir. Paşinyan müstəqillik bəyannaməsini Ermənistanın inkişafının qarşısını alan sənəd kimi qeyd etsə də, daxili auditoriyaya görə anti-Azərbaycan iddiaları dəyişmək istəmir. Ancaq hesab edirəm ki, ikitərəfli danışıqlarda sərhədlərlə bağlı irəliləyişlər var. Azərbaycanın tələbi təkcə konstitusiya məsələsi ilə bağlı deyil. Bura Zəngəzur dəhlizinin açılması da daxildir. Regionda yeni siyasi reallıqlar yaranır. Ermənistan prosesləri düzgün qiymətləndirə bilmir. 2026-cı ilə kimi yeni çağırışlar ortaya çıxa bilər. Ona görə də Ermənistan tərəfinin hazırkı siyasəti müharibə şəraitinin davam etməsinə xidmət edir. Məhz Ermənistanın silahlanması, müdafiə nazirinin Fransaya səfəri və hərbi müqavilə bağlanması bunu göstərir”.
Siyasi şərhçi hesab edir ki, iki ölkə arasında sülh müqaviləsi olmadan əlaqələrin normallaşması mümkün deyil:
“Çünki Ermənistan ağır şəkildə Azərbaycana qarşı müharibə aparıb, revanşistlər hələ də qalmaqdadır. İki ölkə arasında hüquqi baza olmalıdır sülh sazişi üçün. Ermənistan tərəfi sülhü gecikdirsə, silahlanmaya davam edərsə, bu ölkə ilə bağlı tədbirlər görülə bilər. Demək olar ki, Türkiyə də Ermənistanı sülhə tələsdirir. Türkiyə qlobal gücdür və regionda söz sahibidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual