XİN: Türkiyədə yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Sherg.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.