İranın "müqavimət cəhdləri"nin pərdə arxası... - ŞƏRH
Yusif Nəzərli
05:47 08.03.2025
Region
400
Hakan Fidanın sərt xəbərdarlığından sonra baş verən Ankara-Tehran xəttindəki gərginlik Suriyada mövqe mübarizəsindən qaynaqlanır
Suriyada qiyamçılarla baş verən toqquşmalarda ölənlərin sayı 70-i ötüb. Latakiya və Tartus şəhərləri Homs və İdlibdən əlavə qüvvələr gətirildikdən, həmçinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin karvanlarının yerləşdirilməsindən sonra qızğın hərbi hərəkətlənmələr yaşayıb. Hərəkatlar Əsədə sadiq olanlara qarşı genişmiqyaslı kampaniya ilə üst-üstə düşür. Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Cəblə şəhərini demək olar ki, tamamilə nəzarətə götürüb. Bu, Suriya sahillərinin müxtəlif ərazilərində təhlükəsizlik qüvvələri ilə yerli silahlılar arasında şiddətli döyüşlərdən sonra baş verib. Bu arada, Əsədin keçmiş ordusunun əsgərləri Suriya sahillərindəki bir neçə qəsəbə və kənddə, daha doğrusu, Baniyas şəhərinin şimal bölgələrində və Cəblaya gedən yolda yerləşdirilib. Hərbçilər Tartus-Homs və Baniyas-Cəblə avtomobil yolunda da pusquya düşüblər. Bundan əvvəl Əsəd tərəfdarları hərbi zonaları, xüsusilə də yeni hökumətin hərbi və təhlükəsizlik qüvvələrinə hücumlar həyata keçirdikləri Latakiya dağlarının çətin əldə edilən ərazilərinə sığındıqları Astama və Əl-Qərdah aviabazasını nəzarətə götürüblər. Digər Əsəd tərəfdarları da Cəbla şəhərindəki binalara sığınıblar. Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi davam edən şiddətli döyüşlərdə iştirak edən qüvvələri dəstəkləmək üçün İdlib, Hələb və Həmadan Latakiya kəndlərinə əlavə qüvvələr göndərib. Yerdəki dramatik hadisələrlə əlaqədar olaraq, Ümumi Təhlükəsizlik Xidməti Latakiya, Tartus və Homs əyalətlərində sutka ərzində komendant saatının tətbiq olunduğunu elan edib. Bu arada hərbi qüvvələr demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrinə və Cəblaya nəzarəti bərpa edib və şəhərin yaxınlığında qoşun yerləşdirib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Suriyadakı qarşıdurmada hökumətə qarşı silahlı müqavimətin göstərilməsində maraqlı ölkələr var. Ekspertə görə, Rusiya hərbi bazalar məsələsində hökumətlə anlaşa bilmir:
"Həmçinin, İsrail Əsədin devrilməsi ilə Tehranın Suriyadan çıxmasını, İranın yerinə Türkiyənin güclənməsini qəbul etmir. Suriyada, həm də bütövlükdə bölgədə ən çox itirən tərəf İrandır. Silahlı hücumun arxasında bu üç ölkə arasında İranın birbaşa iştirakı ehtimalı daha çox görünür. Rusiya Türkiyə vasitəsilə Suriyanın yeni hökuməti ilə təmaslar qurmaq və hərbi mövcudluğunu davam etdirmək, maraqlarını müəyyən qədər təmin etmək imkanlarını hələ də saxlayır. İsrailin druzlar üzərindən Suriyada mövqelərini qorumaq və təhlükəsizlik zəifliyindən istifadə edə bilmək imkanları genişdir. Mövqeləri ciddi zədə alan İranın dini separatizm və az da olsa, Əsəd dövründən qalma silahlı dəstələrdən başqa əlində faktiki heç nə qalmayıb".
A.Nərimanlıya görə, yeni hökumətin ilk gündən İranı “düşmən tərəf” elan etməsi də Tehranın diplomatik imkanlarını sıradan çıxarıb:
"Hakan Fidanın İrana sərt xəbərdarlığından sonra baş verən Ankara-Tehran xəttindəki gərginlik də Suriyada mövqe mübarizəsindən qaynaqlanır. İstisna deyil ki, silahlı hücumlar Tehranın “müqavimət cəhdləri”ndən biridir. Əsədin devrilməsindən sonra rıçaqları zəifləyən İranın bu kimi cəhdlərlə Suriyada təsir zonaları yaratması çətindir. Lakin Tehran ən azı müqaviməti davam etdirməklə maraqlarının nəzərə alınmasına çalışır. Silahlı hücumlarda digər oyunçuların da maraqlı tərəf olması fonunda hadisələrin kəskinləşməsi gözləntisi, xüsusilə druzlar başda olmaqla müxtəlif etnik-dini qrupların separat xəttinin inkişaf etdirilməsi ön plandadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət