30 ilin avtomobili həqiqətən ekologiyanı zəhərləyir: İstismarı dayandırılmalıdır
Nihat Müzəffər
13:47 02.10.2019
Gündəm
956
Ötən əsrin avtomobillərinin istismarı dayandırılacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər idarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birlikdə apardığı “Təmiz hava” tədbirlər planında məumat verilib.
Qurumlardan bildirilir ki, avtomobillər havanı çirkləndirməyinə görə müəyyən texniki baxışdan keçiriləcək. Və bu istiqamətdə bəzi işlər görüləcək. Atmosferi çirklədən və problemləri aradan qaldırılmayan ötən əsrin avtomobillərinin istismarı dayandırılacaq.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az” söyləyib ki, nəqliyyat vasitələrinin əsas təhlükəsizlik vasitələrindən biri də ekeloji təhlükəsizlikdir:
“Ekaloji təhlükəsizlik nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazların standartlara yaxın olması deməkdir. Hazırda ölkədə 20-30 ilin avtomobilləri istismar edilir. Amma həmin avtomobillər ekoloji cəhətdən müvafiq standartlara cavab vermir. Buna görə də 2019-2023-cü illərə aid Dövlət Proqramı hazırlanıb.
Proqramda nəqliyyatdan köhnənə avtomobillərin istismardan çıxarılması məsələsi ortaya qoyulub. Lakin bu proseduru həyata keçirmək üçün bir sıra elmi araşdırmalar aparılmalıdır. Fikirimcə, bu yoxlamalarda yanacağın da standartlara uyğun olub-olmadığına baxılmalıdır. Çünki bəzi avtomobillər normal işləsə də, yanacaq Avro standartlarına uyğun gəlmir. Bu zaman avtomobildə natamam yanma prosesi baş verir. Natamam yanma zamanı da ətrafa çıxan zərərli qazlar daha zəhərli olur. Ona görə, bu iki faktora əsasən yoxlamalar aparılmalıdır. Eyni zamanda yoxlamalar zamanı şəffaflıqda olmalıdır”.
Ekspert onu da bildirib ki, köhnə avtomobillər şəbəkədən silinməlidir:
“Ölkənin nəqliyyat sahəsəndə bəzi problemlər var. Onlardan biri də köhnə avtomobillərin həm ekoloji, həm də digər problemlərə yol açmasıdır. Hazırda da bu sahədə bəzi işlər aparılır. Əgər bu işlər dəqiqliklə, şəffaflıqla aparılacaqsa, tendensiyanı müsbət qiymətləndirirəm. Çünki ekoloji problem bizim hər birimizə zərər verir. Kiminsə beş-on manat pul qazanmasına qarşı gəlməmək üçün zəhərlənməyə razı olmamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya