
Qlobal Cənub QHT Platformasının təsis konfransı həm regiona, həm də Azərbaycana mühüm töhfələr vəd edir -ANALİZ
10:47 28.04.2025
Aktual
414
Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb.
Tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.
Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. O həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a deyib ki, Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı xüsusi əhəmiyyət kəsb edir:

"116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan bu tədbir dünya əhalisinin təxminən 80%-ni təmsil edir. Platformanın qarşıya qoyduğu əsas məqsədlər arasında Qlobal Cənub ölkələri arasında əməkdaşlığı və koordinasiyanı gücləndirmək, vətəndaş cəmiyyəti təşkilatları arasında təcrübə və bilik mübadiləsini təşviq etmək, qlobal problemlərin həllində Cənub ölkələrinin səsini daha da gücləndirmək, dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün birgə strategiyalar formalaşdırmaq və QHT-lərin regional və beynəlxalq səviyyədə təsir imkanlarını artırmaq yer alır. Qlobal Cənub QHT Platformasının təsis konfransı həm region, həm də Azərbaycan üçün mühüm töhfələr vəd edir. Bu kontekstdə tədbir Azərbaycanın beynəlxalq vətəndaş cəmiyyəti platformalarında daha fəal iştirakına və öz mövqeyini möhkəmləndirməsinə şərait yaradır. Yerli QHT-lər müxtəlif ölkələrdən gələn təcrübəli təşkilatlarla əməkdaşlıq quraraq fəaliyyətlərini təkmilləşdirmək imkanı əldə edirlər. Eyni zamanda, oxşar problemlərlə üzləşən ölkələr birgə həll yolları tapmaq istiqamətində sıx əməkdaşlığa başlayırlar".
Deputatın sözlərinə görə, belə bir tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır:
"Yerli vətəndaş cəmiyyəti institutları isə beynəlxalq standartlara uyğunlaşmaq və yeni biliklər qazanmaq imkanı əldə edir.
Bu cür platformalar qlobal ədalətin təşviqinə, inklüziv inkişafın gücləndirilməsinə və daha balanslı beynəlxalq münasibətlər sisteminin formalaşmasına xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə