TDT daha böyük zirvələrə qalxa bilər - GÜNDƏM
05:17 24.05.2025
Gündəm
507
Prezident Əliyev: “Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir”
“Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır”
Hasan Oktay: “Türkiyə və TDT Avropa İttifaqının təhlükəsizlik və hərbi ehtiyacları qarşılayacağını da Macarıstan toplantısı ilə açıq şəkildə ortaya qoydu”
Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən qayıdan Prezident İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.
TDT üzvü olan türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdə çıxışı zamanı Prezident İlham Əliyev türk dövlətlərinin ortaq maraqları, ölkələrimizə xaricdən müdaxilə cəhdləri, qlobal təhdidlər və çağırışlar, TDT-nin gücləndirilməsi və gələcəkdə bu təşkilatın daha böyük zirvələrə qalxma imkanlarının mövcudluğu barədə önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı çox önəmli bir məqama toxunaraq bu gün türk dövlətlərinin hər birində daxili sabitliyin hökm sürdüyünü bildirib, lakin eyni zamanda qeyd edib ki, Türk dünyasının birliyini pozmağa çalışan xarici qüvvələr də mövcuddur: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”. Prezident İlham Əliyev, həmçinin TDT daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti ilə söhbət əsnasında təşkilata üzv ölkələrdə daxili sabitliyin hökm sürməsi fonunda ölkələrimizdə müsbət iqtisadi inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayıb. Qeyd edib ki, gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər: “Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq”.
Türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın ən önəmli birliklərindən birinə çevrilir. O qeyd edib ki, TDT çərçivəsində bir ay ərzində iki dəfə görüş baş tutub:
“Türk Dövlətləri Təşkilatının işləkliyini itirdiyinin iddia edildiyi bir vaxtda əvvəlcə Kiprdə, sonra Budapeştdə tədbirlərin təşkil edilməsi, əslində, TDT-nin təsirinin getdikcə artdığını göstərmək baxımından son dərəcə əhəmiyyətlidir. Macarıstan görüşü Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi fonunda girişdiyi rəqabətdə Türkiyənin Avropa üçün nə qədər əhəmiyyətli olduğunun göstərilməsi baxımından böyük mesajlar verib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu toplantıda Kiprlə bağlı açıqlaması ilə bir növ Avropa İttifaqının Səmərqənd görüşünə cavab verilmiş oldu. Türkiyə və TDT Avropa İttifaqının təhlükəsizlik və hərbi ehtiyacları qarşılayacağını da Macarıstan toplantısı ilə açıq şəkildə ortaya qoydu. Buna görə də TDT-nin tez-tez toplanması və dünyaya deyəcəyi sözünü hər fürsətdə ifadə etməsi vacibdir. Çünki təşkilat artıq dünyanın ən önəmli birliklərindən birinə çevrilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət