ABŞ əleyhinə mümkün etiraz aksiyaları barədə xəbərdarlıq edildi

İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ vətəndaşlarına və maraqlarına qarşı xaricdə etiraz aksiyaları baş verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin xəbərdarlığında deyilir.

Məlumata görə, "İsrail və İran arasındakı münaqişə Yaxın Şərqdə səyahətlərin pozulmasına və hava məkanının bağlanmasına səbəb olub".

"Dövlət Departamenti ABŞ vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edir", - xəbərdarlıqda bildirilir.