Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış mülki şəxslər ifadə verdilər
10:14 01.08.2025
Hadisə
368
Avqustun 1-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Akifə Bayramova bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb.
Teleqraf xəbər verir ki, Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib.
Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət aldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya