32 İllik həsrətə son: Bizə elə gəlirdi ki, atamla, qardaşlarımla yenidən Xocalıda görüşəcəyik
12:12 26.02.2024
Gündəm
538
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Bu faciənin canlı şahidlərindən biri də Mürvət Məmmədovdur.
"Tale özüm ata-ana qayğısına möhtackən darmadağın olmuş, başsız qalmış ailəmizə, yoldaşını və üç övladını itirmiş anama, azyaşlı qardaşlarıma dayaq durmaq kimi çətin bir vəzifə verdi mənə.", - deyən M.Məmmədov “Sherg.az”a Xocalı soyqırımında şahidi olduğu dəhşətli həyat gündəliyini ürək ağrısı ilə bir daha vərəqləyib:
“1988-ci ildə ailəmiz Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşdü. Erməni zülmündən baş götürüb qaçan zaman böyük qardaşım 1973-cü il təvəllüdlü Sərvər çayda boğularaq şəhid oldu. Qardaşımın ölümündən dəhşətli sarsıntı keçirən ailəmizin digər 8 nəfərlik üzvü Xocalı şəhərinə pənah gətirdi. Amma Xocalıda da rahat yaşaya bilmədik. Demə qara günlərimiz hələ qabaqda imiş. 1992-ci ilin fevralına qədər Xocalı blokadada qaldı. Erməni vəhşiliyinin şahidi olan atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Yadımdadır, Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra hər yerlə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında birtəhər yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi. Ermənilər demək olar ki, hər gün şəhəri atəşə tuturdular və bu, bizim üçün adi hala çevrilmişdi. İkimərtəbəli evimiz paneldən idi. Atışma olanda adətən qonşu qadınlar, uşaqlar da bizə yığışırdılar ki, mərmi düşsə, çardaq yanana qədər çıxıb qaça bilək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi. Səhərə yaxın qardaşım Möhlət gəldi ki, "ana, ermənilər şəhərə giriblər evləri yandırırlar, qız-gəlinin səsi dünyanı götürüb başına. Hazırlaşın, əyninizi isti geyinin, meşəyə qaçıb camaata qoşulaq. Bu zaman o biri qardaşım Söhbət gəlib dedi ki, qonşumuz Vidadi dayı ayağından yaralanıb. Gedib onu da evimizin yaxınlığındakı postdan gətirdilər bizə. Vidadi dayının ayağını möhkəm sarıdılar ki, qanaxmanın qarşısını alsınlar. Bu zaman ermənilər evimizi mühasirəyə aldılar və hər tərəfdən atəşə tutdular, pəncərələrimiz sındı, atam qolundan yaralandı. Atamın ov tüfəngi var idi, onunla, Vidadi dayının avtomatı ilə qardaşlarım bütün mərmilər qurtarana qədər düşmənlə döyüşdülər. Birdən evin qarşısından içəri əl qumbarası atdılar, mən ayağımdan, anam kürəyindən yaralandı ".
Mürvət qeyd edib ki, 2024-cü il yanvarın 29-da anası Narxanımla birgə Xocalıya ziyarətə gedib:
“Gerçəkləri bilə-bilə həmişə bizə elə gəlirdi ki, atamla, qardaşlarımla yenidən Xocalıda görüşəcəyik, elə o inamla, ümidlə də Xocalıya yollanmışdıq, amma... Bilirsiniz, Xocalıda hansı hisslər yaşadığımızı indi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Xocalı bizə ən dəhşətli günlərimizi, doğmalarımızın itkisini xatırladır, bu, ömür boyu belə olacaq. Lakin həm də Xocalıya qayıtmaq bizim üçün böyük qürurdur. Biz bu torpaqların uğrunda şəhidlər verdik, zülmlər çəkdik. Mən üç qardaşımı, atamı itirdim. Amma dəyanətimizlə, vətən sevgimizlə düşmənə qalib gəldik. Hər nə qədər Xocalı bizdə ömür boyu ağrı-acısını unutmayacağımız xatirələri oyatsa da, eyni zamanda ürəyimizdə bir təskinlik də var ki, itirdiyimiz və artıq qanları yerdə qalmayan doğmalarımızın ruhu dolaşan Xocalıya əbədi dönmüşük. Şükür Allaha, qanımızın yerdə qalmadığını dünya gözü ilə gördük. Allah Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, Azərbaycan Ordusunun qəhrəman döyüşçülərini qorusun, ömür boyu onlara minnətdar olacağıq. Torpaqlarımız uğrunda şəhid olan vətən övladlarımızın ruhları qarşısında baş əyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə