Ombudsman: Psixi sağlamlıq hüququ fundamental insan hüququdur
10:35 09.10.2025
Cəmiyyət
650
“Psixi sağlamlıq hüququ hər bir fərdin fiziki, psixoloji və emosional rifahını təmin edən fundamental hüquqdur. Bu hüquq təkcə tibbi yardım almaqla məhdudlaşmır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.
"Eyni zamanda, psixi sağlamlıq problemləri olan insanların stiqma, stereotiplər və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını da əhatə edir. Yəni, psixi pozuntulardan əziyyət çəkən insanlar damğalanmadan, təcrid olunmadan tamhüquqlu və ləyaqətli şəkildə yaşamaq imkanına malik olmalıdırlar.
Bu gün insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində “psixi sağlamlıq hüququ” anlayışı geniş istifadə edilməkdədir. Psixi sağlamlıq hüququ artıq universal insan hüquqları siyahısında özünə yer tapmışdır.
Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai səhiyyə, insan hüquqları və dayanıqlı inkişaf sahəsində prioritet elan edib. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3.4-cü hədəfi məhz psixi sağlamlığın və rifahın təşviqinə həsr olunub. 2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı təlimat xarakterli birgə sənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ökələrində psixi sağlamlıq sahəsində islahatlara təkan verilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və nəticə etibarilə keyfiyyətli psixiatriya yardımının göstərilməsi istiqamətində yol xəritəsini təqdim edir. Biz də bu beynəlxalq rəhbər prinsiplərdən yararlanaraq ölkəmizdə psixi sağlamlıq sahəsində hüquqi bazanın və praktik tədbirlərin gücləndirilməsinə çalışmalıyıq”,- ombudsman əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə