BMT-nin iclasında Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarından bəhs edilib
BMT-nin iclasında Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarından bəhs edilib
21:51 09.10.2025
Siyasət
343
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin ("Sosial inkişaf") iclasında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində əldə edilən irəliləyişlər barədə məlumat verilib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şahriyar Haciyev çıxış edib.
O qeyd edib ki, Azərbaycanda vətəndaşların rifahının, sosial müdafiəsinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər mütəmadi olaraq həyata keçirilir.
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramı müəyyən edilmiş milli prioritetlərə uyğun kompleks tədbirləri nəzərdə tutur. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü Könüllü Milli İcmal vasitəsilə 2021–2024-cü illər üzrə milli öhdəlikləri barədə ətraflı məlumat verib və 2030-cu ilədək olan Gündəliyə daxil edilmiş DİM-lərə doğru irəliləyişi nümayiş etdirib", – deyə Ş.Haciyev vurğulayıb.
O xatırladıb ki, son 10 ildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda aylıq minimum əməkhaqqı 3,3 dəfə, minimum pensiya məbləği isə 2,4 dəfə artıb.
Diplomat həmçinin Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində əldə etdiyi irəliləyişlərdən bəhs edib.
"Hökumətin bu proses üzrə prioritetləri mina təmizlənməsi, infrastrukturun inkişafı, iqtisadi və sosial bərpa, eləcə də ətraf mühitin davamlılığını əhatə edir. Mina təmizlənməsi, partlayıcı sursatların riskləri ilə bağlı maarifləndirmə və zərərçəkmişlərə dəstək də daxil olmaqla, mina fəaliyyəti sahəsində təcili ehtiyacı nəzərə alaraq Azərbaycan 18-ci Milli DİM-i qəbul edib. Təəssüf ki, münaqişədən sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayı 409 nəfərə çatıb ki, bu da bu sahədə hesabatlılığın artırılmasını və adekvat beynəlxalq yardımın göstərilməsini tələb edir", – deyə Şahriyar Haciyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya