İrəvandan Putinə təpki: Paşinyan düz deyir
10:50 10.10.2025
Cənubi Qafqaz
395
“Baş nazir Nikol Paşinyan Ermənistan Statistika Komitəsinin hesabatına əsaslanan rəqəmləri açıqlayıb, deməli, onlar tamamilə doğrudur”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində iki ölkə arasında ticarət dövriyyəsinin həcminə dair mübahisə ediblər.
Putin bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün yeni bazarlar açır və iqtisadi fayda qazandırır. Nümunə kimi Rusiya lideri Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, Paşinyandan rəqəmlər göstərməyi xahiş edib.
“Bu il artıq 4 milyard dollardır”, - Paşinyan bildirib.
"Xeyr, daha çox”, - deyən Putin Paşinyanla razılaşmayıb.
Ermənistan baş naziri ötənilki rəqəmləri göstərib, amma bu məsələdə də iki lider arasında fikir ayrılığı yaranıb.
“Keçən il bu, təqribən 9 milyard olub”, - Paşinyan qeyd edib.
Putin yenə ona etiraz edib: “Daha çox idi. Keçən il daha çox idi, bu il də çox olacaq. Bu, göz qabağındadır, amma vacib deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə