Ərdoğan İmamoğlunun qələbəsini qəbul etdi: “Təbrik edirəm”




"Seçkilərin nəticələri İstanbulumuz üçün xeyirli olsun. Milli iradə bu gün bir daha təcəlli etdi”.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul böyük bələdiyyə sədrliyinə keçirilən təkrar seçkilərə münasibət bildirərkən Tvitter hesabında yazıb.

Ərdoğan vurğulayıb ki, qeyri-rəsmi nəticələrə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu seçkiləri qazanıb: "Əkrəm İmamoğlunu təbrik edirəm”.

Anar