“İran ABŞ ilə imzalanmış İslamabad Memorandumunun qüvvədə olduğuna inanır və Vaşinqtonun münaqişənin diplomatik yolla həllinə qayıtmasını gözləyir”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van Yi ilə görüşündə deyib.
“İranın münaqişənin davam etdirilməsində heç bir marağı yoxdur, diplomatik həll yoluna qayıtmağı gözləyir, həmçinin öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir. İran tərəfi hesab edir ki, ABŞ ilə İran arasında anlaşma memorandumu qüvvədə qalır”, - Əraqçi bildirib.