ABŞ, Fransa, Almaniya, İtaliya və İngiltərədən İsrailə dəstək
09:26 10.10.2023
Gündəm
557
ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri, “Yaxın günlərdə biz İsrailin özünü müdafiə edə bilməsini və nəticədə sülhsevər və inteqrasiya olunmuş Yaxın Şərq regionu üçün şərait yarada bilməsini təmin etmək üçün İsrailin müttəfiqləri və ortaq dostları kimi vahid və koordinasiyalı hərəkət edəcəyik”, - mesajını paylaşıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı görüşdən sonra birgə bəyanat veriblər.
Liderlər İsraili qətiyyətlə dəstəklədiklərini vurğulamaqla yanaşı, “HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini” bildiriblər.
Bəyanatda qeyd olunur ki, “Son günlərdə dünya HƏMAS terrorçularının öz evlərində ailələri qətlə yetirməsini, musiqi festivalından zövq alan 200-dən çox gənci qətlə yetirməsini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri oğurlamasını dəhşətlə izləyib”.
İsrailin özünü və xalqını müdafiə etmək səylərini dəstəkləyəcəklərini qeyd edən liderlər, bu ölkəyə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan üstünlük kimi istifadə etməməsi barədə xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm