ABŞ mediası: Tramp və Putin gizli atəşkəs planını müzakirə edir

ABŞ mediasının məlumatına görə, Prezident Donald Tramp və Rusiya lideri Vladimir Putin gizli şəkildə Ukrayna ilə bağlı yeni atəşkəs planı üzərində işləyir. Sherg.az xəbər verir ki, planın Qəzza modelindən ilhamlanan, 4 bölümdə 28 maddəlik yol xəritəsi olduğu bildirilir.

Planın hazırlanmasına Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir və o, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə geniş danışıqlar aparıb. Ağ Ev həm Ukrayna, həm də Avropa rəsmilərinə plan barədə məlumat verməyə başlayıb.

Dmitriyev, hazırlanacaq sənədin təkcə Ukrayna münaqişəsini deyil, ABŞ–Rusiya münasibətlərinin yenidən qurulmasını və Rusiyanın təhlükəsizlik narahatlıqlarını da əhatə edəcəyini deyib. Putin və Trampın növbəti görüşü üçün nəzərdə tutulan Budapeşt Zirvəsi isə müvəqqəti olaraq təxirə salınıb.

Vitkoffun bu gün Türkiyədə Ukrayna Prezidenti Zelenski ilə keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir.