Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib
14:58 07.12.2023
Gündəm
508
Bu gün Ağdamda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçrilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə forum çərçivəsində, Ağdama gələn beynəlxalq ekspertlər ilk olaraq Ağdam Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə işlərinin aparıldığı sahəylə tanış olublar.
Ağdam şəhərindəki Konfrans Mərkəzində 15 beynəlxalq ekspert və yerli QHT nümayəndələrinin iştirakı ilə keçirilən forumda çıxış edənlər dünyada mina təhlükəsindən əziyyət çəkən 60-dan çox ölkə içərisində Azərbaycanın ilk onluqda olması, işğal dövründə ermənilərin əraziləri heç bir müharibə qaydalarına əməl etmədən çirkləndirmələri barədə müzakirələr aparıblar.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, tədbirin keçrilməsi üçün Ağdam şəhərinin seçilməsi təsadüfi deyil, çünki Ağdam minalanmış sahələrin ən çox olduğu işğaldan azad edilmiş ərazilərdən biridir: “Əminəm ki, bu tədbirlər Azərbaycandakı mina probleminə beynəlxalq ictimaiyyəti, vətəndaş cəmiyyətini cəlb etməyə kömək edəcək".
Çıxışlar zamanı mina təhlükəsindən xilas olmaq üçün dünya ictimaiyyəti və beynəlxalq qurumlarla sıx əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.
Forumun yekununda beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət qəbul edilib.
"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu müraciəti səsləndirib. Müraciətdə deyilir ki, forum iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və PHS-lərə qarşı mübarizədə daha fəal olmağa çağırırlar: “Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri yerinə yetirilib. Qadın minaaxtaran qrupların da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər.
Biz - dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq”.
Forum müraciətin səsləndirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə
