Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
07:33 24.05.2025
Gündəm
547
Millət vəkili Avropa institutları ilə münasibətlərin fərqli trayektoriyada inkişaf etdiyini bildirir
Avropa Şurası Azərbaycan və Ermənistan rəsmiləri ilə müntəzəm əlaqələr saxlayır. Avropa Şurasından bildirilib ki, təşkilatın baş katibi Alen Berse İrəvana səfər edəcək. Təşkilatdan qeyd ediblər ki, hər iki ölkə ilə müntəzəm əlaqələri var: "2024-cü ilin noyabrında Avropa Şurasının baş katibi Alen Berse Azərbaycanda olub. Gələn ay o, Ermənistana səfər edəcək". Xatırladaq ki, mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin sammitindən əvvəl A.Berse Avropa Şurasında Cənubi Qafqazdakı vəziyyətin inkişafını izlədiklərini bildirib.
Millət vəkili Elçin Mirzəbəyli deyib ki, Avropa İttifaqı və Avropa Şurası fərqli platformalardır. Amma deputat qeyd edib ki, Avropa Şurasının özündə də Avropa İttifaqına üzv olan dövlətlər, o cümlədən aparıcı dövlətlər əsas mövqeyə sahibdirlər:
"Azərbaycan və Avropa Şurası arasında münasibətlər bəllidir. Bu münasibətləri biz Avropa İttifaqı institutlarına aid edə bilmərik. Çünki ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq güclənir və bu, normal, ikitərəfli, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan bir münasibətdir. Təbii ki, aktivlik var və bunun da səbəbləri var. İndiki şəraitdə, xüsusən ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi rüsum siyasətindən sonra Avropaya yeni bazarlar lazımdır. Mərkəzi Asiyanın təbii resurslarına çıxmaq Avropa İttifaqının, o cümlədən Avropa Şurasının üzvü olan əsas dövlətlərin də marağındadır".
Parlamentari düşünür ki, Azərbaycana, bütövlükdə Cənubi Qafqaza yönəlik manevrlər, əslində, Mərkəzi Asiya bazarına çıxış imkanını təmin edəcək önəmli bir coğrafiyaya daxil olmaq və normal münasibətlər qurmaq məqsədi daşıyır:
"Burada Orta Dəhliz faktoru da xüsusi əhəmiyyətə malikdir. Avropa Şurası rəsmilərinin səfərini də eyni yanaşma ilə qiymətləndirmək olar. Amma bu, son nəticədə Azərbaycan-Ermənistan, yaxud Azərbaycan-AŞ münasibətlərinə hansısa formada təsir göstərməyəcək. Avropa Şurası Parlament Assambleyasının atdığı addımlar, bütövlükdə AŞ-nin davranışları Azərbaycanla münasibətlərin bundan sonrakı perspektivini ciddi şəkildə şübhə altına alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Pakistanın Baş naziri ilə görüşdü
16:03 25.04.2026
Dünya
Türkiyə PUA istehsalını bütün ölkə miqyasında yayır
15:44 25.04.2026
Region
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya