Aparıcı meyxanaçıya verdiyi suallara görə tənqid olundu
17:54 24.02.2024
Gündəm
593
Meyxanaçı Rüfət Nasosnu "Rəngarəng səhər" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini bildirib:
"Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir. Deyərəm pis çıxar. O qədər adama yardım edirəm ki, elə övladlıq kimidir. Ola bilər ki, sən ona ürəyini verəsən, hərtərəfli yaxşı olasan, amma nəticədə o qane olmasın. Əlbəttə, qorxuram. Elə nüanslar var ki... 15-20 ildən sonra deyər ki, bioloji atamı axtarıram. Bundan qorxuram".
Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan "Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın?" deyə, soruşub.
Rüfət sualı cavablandırmağa çalışıb:
"Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb".
Zaur onun sözlərini "Kimsəsiz məzarlıqlar var" fikrini səsləndirərək kəsib.
Meyxanaçı isə nitqinə belə davam edib:
"Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir.
46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm. Bacarmadığımı da edirəm, təki anam rahat yaşasın, üzü gülsün. Verilişlərdə fasilələrdə də ona zəng edirəm ki, görüm necədir. Məktəb oxumayıb. O vaxt qardaşları qoymayıb, qısqanclıq ediblər. Lənkəranda olublar, 7-8 qardaşı var idi. İndi onun bu telefonlardan başı çıxmır. Köhnə telefon almışam, "Yes" düyməsinə də öz nömrəmi qoymuşam".
Aparıcı daha sonra Rüfətdən "Qorxursan ananı itirməkdən" deyə soruşub.
Meyxanaçı sualı "Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər" deyə, cavablayıb.
Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik qiymətləndiriblər.
Qeyd edək ki, daha əvvəl "7 tamam" proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm