AZAL sabaha planlaşdırılan Bakı-Təl-Əviv-Bakı reysini ləğv edib
16:23 09.10.2023
Gündəm
454
İsraildə, o cümlədən "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.
Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.
Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.
Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.
Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm