Azərbaycan lideri Maldiv Prezidenti ilə görüşüb -YENİLƏNİB
13:26 14.11.2024
Gündəm
264
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
Sherg.az xəbər verir ki, Məhəmməd Muizzu COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi.
Dövlətimizin başçısı bu tədbirdə iştirakla bağlı dəvəti qəbul etdiyinə görə Maldiv Prezidentinə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Maldivin də ada dövləti olaraq iqlim dəyişmələrinin təsirlərinə məruz qaldığını dedi.
Azərbaycan Prezidenti Maldiv Prezidenti Məhəmməd Muizzunun ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələrin ikitərəfli əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Qonaq da öz növbəsində ölkəsinin iqlim dəyişmələrinə məruz qaldığını təsdiqlədi. O, bu yaxınlarda Maldiv-Bakı birbaşa uçuşlarının açılmasının ölkələrimiz arasında turizm və insanlararası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirdi. Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
"Sherg.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət