Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə müqavilələr imzalanıb
Yusif Nəzərli
08:24 16.11.2024
Gündəm
325
COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
"APA-Economics" xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
“760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir. Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.
Masdar şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə deyib: "Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnunuq. Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".
Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq