Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.