Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində Yeni Kaledoniyaya dəstək verəcək
10:51 27.02.2024
Gündəm
389
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində Kanaki - Yeni Kaledoniyaya dəstək verəcək.
“Report”un xəbərinə görə, bu barədə təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilib.
Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş tədbir çərçivəsində Kanaki - Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar: “Xatırladaq ki, 2023-cü ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir”.
Bakı Təşəbbüs Qrupunun kommunikesində bildirilib ki, İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı.
Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki - Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımlara qarşı, xüsusən də seçici kütləsinin sayını artırmağa hesablanmış addımları qınadığını bəyan edib.
“Bakı Təşəbbüs Qrupu Kanaki - Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bu dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirdi, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini bildirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə