Bakının mesajları açıq və aydın oldu
Turan
10:10 24.07.2021
Gündəm
701
Təxribatlara ara verilməsə, Azərbaycan Ordusu bütün strateji üstünlüyündən yararlanacaq
“Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, istər Xankəndidə, istər Xocavənddə, istər Xocalıda sülhməramlıların nəzarət zonasında olan ərazilərdəki proseslər Bakı tərəfindən izlənilir - həm diplomatik olaraq, həm də praktiki müşahidə altında”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bu, Ermənistana, onun havadarlarına, zamanla Qarabağda hansısa status barədə danışanlara ciddi mesajdır: “Azərbaycan Vətən müharibəsindən sonra ordusunu daha da gücləndirir. Ən müasir silah və texnologiyaların ölkəyə tədarükü prosesi davam etdirilir. Bu, eyni zamanda Rusiyaya da ismarıcdır.
Yəni sizin sülhməramlı kontingentiniz funksiya və mandatından kənara çıxıb, missiyasına zidd addımlar atırsa, Bakı bu məsələdən xəbərdardır və lazımi tədbirlər görüləcək. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın balansında olan müxtəlif texniki vasitələrdən danışması, peyk vasitəsilə həmin ərazilərdə baş verənləri izlədiyini və oradakı maşınların sayının məlum olduğunu deməsi konkret anlama malikdir. Heç bir şey gizli saxlanıla bilməz. Oradakı qüvvələrin, hərbi texnikaların sayı, Laçın dəhlizindən nə qədər avtomobil keçdiyi haqda dəqiq informasiyalar var. Prezidentin mesajının alt qatının mahiyyəti budur ki, təxribatlara ara verilməsə, Azərbaycan Ordusu bütün strateji üstünlüyündən yararlanacaq və hərbi əməliyyatlar dəqiqliklə, operativ aparılacaq. “Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir” deyən ölkə rəhbəri İlham Əliyevin bu mesajları hərbi mənada böyük məna yükünə malikdir, Ermənistan üçün növbəti “əcəl zəngidir”.
A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi digər bir məqam isə Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı idi:
“Sülhməramlıların nəzarətində olan ərazilərdə maksimum 25 min erməni yaşayır. Bakının qəti və prinsipial mövqeyi budur ki, Qarabağdakı ermənilər yalnız Azərbaycan dövlətinin yurisdiksiyası altında yaşaya bilərlər və burada statusdan heç bir söhbət gedə bilməz. Dövlət başçısı həmin mövqeni əlavə arqument kimi gücləndirən digər bəyanat da səsləndirib. Bildirib ki, 25 min insan üçün “status” yaratmaq hansısa məntiqə sığmır. Bu, ABŞ və Fransa üçün də siqnaldır. Çünki Vaşinqtonun son zamanlar Fransa lideri Emmanuel Makronla vahid siyasi platformadan çıxış etdiyini görürük. Prezident onu demək istəyir ki, Vaşinqton və Parisin mövqeyi münaqişənin qalmasına dair beynəlxalq qənaətlər yaratmağa hesablanıb. Ölkə rəhbəri ABŞ və Fransa qarşısında kontur arqument qoyub, bu ölkələrdə yaşayan ermənilərin sayını açıqlayıb. Müqayisə üçün, onlara status verilməməsinin hansı hüquqi, siyasi, tarixi əsası varsa, Azərbaycan üçün də eyni mövqe keçərlidir. Prezidentin digər mesajı Zəngəzur dəhlizinin icrası və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması ilə əlaqəlidir. Azərbaycan rəhbəri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistanla sərhədlərin mübahisəli ərazi kimi təsnif etməsinə fikir bildirərək, bununla razılaşmadığını göstərib. Ardınca deyib ki, Zəngəzur Azərbaycan ərazisidir və biz öz ərazimizdəyik. Ölkə başçısının diqqətçəkən başqa tezisi budur ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizinin icrası ilə bağlı mövqeyini mübahisələndirmir. Prezident qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşündə bir dənə də olsun mübahisəli məsələ qalmayıb”.
Siyasi şərhçinin fikrincə, Avropa İttifaqı son zamanlar qızışdırıcı mövqe sərgiləsə də, Şarl Mişelin Bakı səfəri və dövlət başçısı İlham Əliyevlə danışıqları zamanı mübahisə yaradan məsələlərə son qoyulub:
“İndi növbə Ermənistandadır. İrəvan Bakının növbəti jestlərini və özünün dalandan çıxması üçün Bakının iqtisadi təşəbbüslərini dəstəkləmək məcburiyyətindədir. Prezident Moskva ilə mübahisəli məsələ olmadığını bildirsə də, Rusiyaya xatırlatmasından da qalmayıb. Deyib ki, Qarabağ konflikti Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Yəni Rusiya da bu siyasəti davam etdirib və indinin özündə də mübahisəli məsələlərin qalmasında maraqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm