“Başkənd bizdə qalmalıdır, çünki...” - ŞƏRH
Fidan Həmişəyeva
13:29 21.05.2021
Gündəm
1060
“...Strateji mövqedir. Çünki Şınıx bölgəsinin və Tovuzun təhlükəsizliyi üçün əhəmiyyətli bir bölgədir”
Ermənistanın baş naziri Nikol Paşinyan Başkəndin Ermənistana qaytarılması ilə bağlı xəyalından keçən iddialarını açıqlayıb. Paşinyan Qazaxın 7, Naxçıvanın isə Kərki kəndinin Azərbaycana qaytarılması əvəzinə Başkəndi istəyir. Onun yeni sülh müqaviləsində nəzərdə tutduğu məsələlərdən biri də məhz budur. Paşinyan Ermənistandakı müxalifəti də inandırmağa çalışıb ki, Azərbaycan tərəfi sənədə imza atacağı halda, dövlətin milli maraqları zərər görməyəcək.
Təbii ki, baş nazirin Başkənd istəyi yersiz deyil. Bu ərazi strateji baxımdan ölkəmiz üçün mühüm əhəmiyyətlərə malikdir. Çünki Gədəbəyin, xüsusilə Şınıx bölgəsinin və Tovuzun təhlükəsizliyi üçün fövqəladə strateji əhəmiyyətli bölgədir.
Siyasi analitik Turab Rzayev Ermənistan rəhbərliyinin Başkənd xülyası ilə bağlı “Sherg.az”a danışıb. Politoloq qeyd edib ki, Başkəndin ermənilərə verilməsi üçün heç bir halda razılıq olmamalıdır:
“Azərbaycan hər zaman Ermənistanla sülh razılaşması imzalamağa yaxın olub. Həm Ter-Petrosyanın, həm Köçəryanın, həm də Paşinyanın dövründə sülh sazişinə razılaşmışıq. Hətta Sarkisyanın dövründə belə 2 dəfə sülh imzalamağa doğru addım atmışıq. Lakin hər dəfə bizi aldadıb, müqavilədən imtina ediblər.
Paşinyan çıxış edib deyir ki, “ Zəngəzur dəhlizini ancaq meyitimin üzərindən keçdikdən sonra açmaq olar”. Belə gülünc açıqlamalar vermək yersizdir. O, iki dəfə 3 prezidentin iştirakı olan sənədə imza atıb. Bu sənədlərdə Zəngəzur dəhlizinə dair məsələ əksini tapıb. Ona görə də ölkə başçımız hadisələri qabaqlamaq istəmir. Düşünür ki, Paşinyan öz müxalifəti ilə bacarıb, müqaviləyə imza ata biləcəkmi?”.
T.Rzayev qeyd edib ki, Paşinyanın bəhs etdiyi sənəd həmçinin anklavda olan ərazilərlə bağlıdır:
“Məlumdur ki, Qazağın 7 kəndi işğal olub və bu kəndlərdən ikisi və Naxçıvanın Kərki kəndi də anklavdır. Ermənilər həmin ərazilərin qarşılığında iddia edirlər ki, guya sovet dövründə Gədəbəyin Başkənd kəndi onlara məxsusdur və anklavdır. Düşünürəm ki, əraziləri anklav olaraq saxlamaq ölkələr üçün risklidir. Çünki həmin ərazilərə gedəcək yol olmalıdır.
Bu yol isə hər dəfə Ermənistan ərazisindən və yaxud Azərbaycan ərazisindən keçəcək?
Ona görə də düşünürəm ki, Qazağa bitişik olan 4 kənd birbaşa qaytarılmalıdır, daha sonra isə ya Kərki, ya da anklavda olan digər kəndlərin qaytarılması üçün Başkəndin əvəzinə başqa razılaşma edə bilərik. Başkənd bizdə qalmalıdır, çünki strateji mövqedir.
Çünki Şınıx bölgəsinin və Tovuzun təhlükəsizliyi üçün əhəmiyyətli bir bölgədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat