“Demokratiyadan “dərs” verən ATƏT yumşaq bir tənqidə dözmədi”- Aygün Attar “Şərq”ə danışdı
Yusif Nəzərli
14:46 13.02.2020
Gündəm
2784
“Təşkilatın Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi”
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkiləri ilə bağlı iclas keçirib. Məlumata görə, iclasda seçkilərlə bağlı müraciətlərə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.
Qeyd edək ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri – Aygün Attarın akkreditasiyası ləğv edilsin.Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.
Akkreditasiyasının ləğv edilmə səbəbləri barədə "Şərq"ə danışan A.Attar bunları söylədi:
- Mən hazırda Türkiyədəm. Seçkilərdən sonra Türkiyə qayıtdım. ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Türkiyədən dəvət etdiyi təmsilçi idim. Seçkilər bitdi və mən də Türkiyəyə qayıtdım. Akkreditasiyamın ləğv edilməsinin səbəbini söyləyə bilərəm. ATƏT/DTİHB seçkilərdən 2-3 gün öncə, müşahidəçilər üçün toplantılar keçirdi. Həmin tədbirlərin birində ATƏT/DTİHB-nin Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi.
Mən də onların bu qeyri-obyektiv münasibətlərinə dair etirazımı ATƏT/DTİHB-nin rəhbərinə yazılı şəkildə çatdırdım. Onların seçkilərlə bağlı obyektiv olmadılarını bildirdim. Digər müşahidəçilərə Azərbaycandan olan bəzi radikal və müxalif olan bloqerlərin fikirlərini yansıtmalarına və həmin adamların fotolarını göstərərək yönləndirmə etmələrinə narazılıq ifadə etdim. Onları obyektiv olmağa çağırdım. Çünki onların bu davranışları məndə seçkilər boyunca və seçkidən sonra da obyektiv olmayacaqları qənaətini formalaşdırdı. Mən də etirazımı həm türk, həm ingiliscə yazıb, rəhbərliyə ünvanladım.
Fevralın 8-də ATƏT/DTİHB-nin rəhbərinə müraciət etmişəm. Fevralın 9- da seçkilərə gedib, müşahidəçi qismində iştirak etmişəm. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Fevralın 11-də “Marriott” hoteldə baş tutan dəyərləndirmə toplantısında əvvəl mənə dedilər ki, sizin akkreditasiyanızı ləğv etmişik. Səbəb kimi isə rəhbərliyə məktub yazmağımı göstərdilər. Baxın, Azərbaycana insan haqları və demokratiyadan “dərs” verməyə çalışan ATƏT/DTİHB-nin özü xəfif bir tənqidi həzm edə bilmədi.
Bu yumşaq və obyektiv tənqidə dözümlü yanaşa bilmədi. Bizi niyə tənqid etmisiniz deyib, mənim akkreditasiyamı ləğv etdilər. Mən müşahidəçi idim, obyektiv şəkildə müşahidələrimi apardım. Görəvimi layiqincə yerinə yetirdim. Başqa ölkələrin xarici işlər nazirləri də mənimlə birgə müşahidələr aparırdılar. Onların da bir müşahidəçi olaraq mənə qarşı etirazları yoxdur. Mən işimi obyektiv yerinə yetirmişəm. ATƏT/DTİHB mənim akkreditasiyamı sırf onların obyektiv olmadıqlarına etiraz etdiyim üçün ləğv etdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət