
Deputatdan “TIR”olayına SƏRT TƏPKİ:“Vətəndaşı divara dirəmək çox təhlükəlidir”
Yusif Nəzərli
14:36 17.02.2022
Gündəm
1136
“İnsanları gör nə həddə çatdırırlar ki, sürücülər TIR-ları saxlayıb deyir “mən müflis olmuşam”
“Adi məsələləri o qədər mürəkkəbləşdiriblər,rüşvətin mexanizmini o qədər sərtləşdiriblər ki... Bunun da sonu belə olmalı idi”
Bu gün Heydər Əliyev prospekti kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb. Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Yolun bağlanması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev təcili iclas keçirib. İclasda nazirliyin yanında fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər. Alınan məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə DANX-ın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Sözügedən hadisə ilə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Musatafa bildirib ki, ölkədə belə qurumların sayı çoxdur:
“Yüzlərlə problemi olan insan var. Onlarında TIR-ları yoxdurki yolu bağlasınlar. Bunlar deyirlər, amma səslərini eşidən yoxdur. Bürokratik mexanizm o qədər sərtləşib ki, insanlar problemlərini həll edə bilmir. Gör nə həddə çatdırırlar ki, sürücülər TIR-ları saxlayıb deyir “mən müflis olmuşam”. Bu təkcə bu qurumla bağlı deyil. Bütün qurumlar bu vəziyyətdədir. Ona görə bu məslədə, məncə, ciddi şəkildə çağırış olmalıdır”.
Millət vəkili hesab edir ki, vətəndaşları bu vəziyyətə gətirmək düzgün deyil:
“İnsanlar adi həyətinə, pay torpağına, yaxud hansısa bir mülkünə sənəd ala bilmir. İnsanların o qədər problemi var ki... Adi məsələləri o qədər mürəkkəbləşdiriblər,rüşvətin mexanizmini o qədər sərtləşdiriblər ki... Bunun da sonu belə olmalı idi. İnsanı bu həddə gətirmək olarmı?
Bəs, bu vətəndaş nə etsin? Bir tikə çörək qazanmaq üçün bütün günü ayaq üstə, yollarda, maşının içində, fəlakətli vəziyyətdə yorğun insanları hələ 3-4 gün gözlədirlər, malını xarab edirlər. Heç kimin də vecinə deyil. Bəlkə də, araşdırsanız, görərsiniz ki, həmin mal monopoliyadadır, ona görə onlara icazə verilmirdi. Belə şey olarmı? Avropa, Türkiyə, İrana baxın, oralarda belə şey yoxdur.
Hesab edirəm ki, vətəndaşı bu qədər divara dirəyib belə acınacaqlı vəziyyətə gətirmək çox təhlükəlidir. Biz bu gün də onun nəticəsini gördük”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya