Əli Əhmədov: Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb
Yusif Nəzərli
07:03 07.05.2024
Gündəm
326
Azərbaycan BMT qarşısında Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi 100-120 milyon insan ölümün qarşısını alacaq təşəbbüs irəli sürüb.
Bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq v’ imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DM Dialoqunda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan minaların təmizlənməsindən irəli gələn bir məqsədi BMT-nin qlobal əhəmiyyət kəsb edən bu proqramına daxil edilməsinin tərəfdarıdır: “Hazırda dünyanın 60-70 ölkəsində piyada əleyhinə 100-120 milyon mina basdırılıb. Bu isə BMT-yə daxil olan ölkələrin üçdə birində 100-120 milyon insanın həyatının təhlükə altında olması deməkdir. Miqyasın böyüklüyü anlamaq üçün bilmək lazımdır ki, koronavirus pandemiyası zamanı beynəlxalq təşkilatların açıqladığı rəqəmlərə əsasən həyatını itirən insanların sayı 15 milyon nəfər olub”.
Əli Əhmədov əlavə edib ki, Azərbaycan da mina təhlükəsindən əziyyət çəkən ölkələrdən biridir. Ölkə ərazisində 1,5 milyon mina basdırılıb və bunun nəticəsində dinc sakinlər həyatını itirməkdə davam edir. Bu mənada Azərbaycan bu DİM məqsədini dəstəkləyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat