Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müdafiə paktının məqsədini açıqlayıb

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişi hər hansı ölkəyə qarşı yönəlməyib və regional təhlükəsizliyin gücləndirilməsi vasitəsi kimi qiymətləndirilməlidir.

Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Şərqül-Əvsət” qəzetinin baş redaktoru Qassan Şərbələ müsahibəsində bildirib.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayıb. Sənədə üç ölkənin liderləri imza atıblar. KİV-in məlumatına görə, saziş kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizliyin əlaqələndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Ərdoğanın sözlərinə görə, üç ölkə arasında imzalanan saziş sülh, sabitlik, həmrəylik və kollektiv çəkindirmə prinsiplərinə əsaslanır.

O vurğulayıb ki, sazişin məqsədi regionda təhlükəsizliyi gücləndirməkdir, hər hansı ölkəyə qarşı yönəlmiş hərbi-siyasi blok yaratmaq deyil.

Ərdoğan qeyd edib ki, Türkiyə Yaxın Şərqdə baş verən proseslərə görə region ölkələrinin öz məsuliyyətlərini daha da artırmasının vacibliyindən çıxış edir.