Ərdoğandan “Terrorsuz Türkiyə” mesajı: Bu dəfə mütləq uğur qazanacağıq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Kültür Mərkəzində keçirilən “İlim Yayma Mükafatları” təqdimetmə mərasimində çıxış edib. O, elm sahəsində görülən işlərin əhəmiyyətindən bəhs edərək, “188 qurumdan 1324 müraciət ilə yeni rekord qırıldı. Niyə bizim də bir Nobelimiz olmasın?” sözlərini səsləndirib.

Sherg.az xəbər verir ki, Prezident Ərdoğan “Terrorsuz Türkiyə” prosesinə də toxunaraq, qəti mövqeyini belə ifadə edib:

“Allahın köməyi və millətimizin dəstəyi ilə bu dəfə mütləq uğur qazanacağıq. Birlikdə bacaracağıq.”