Ərdoğanla Putin bu gün telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin bu gün telefonla danışacaq. Sherg.az xəbər verir ki, bu haqda Kremlin sözçüsü Dmitriy Peskov bildirib.

Peskovun sözlərinə görə, iki lider arasında gözlənilən telefon danışığı günün ikinci yarısına planlaşdırılıb.

Peskov, həmçinin jurnalistlərin suallarını cavablandırarkən ABŞ, Avropa və Ukrayna nümayəndələrinin dünən Cenevrədə ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planını müzakirə etmək məqsədilə keçirdikləri görüş barədə də danışıb.