Ermənistanı sülhə məcbur etmək olar
Turan
11:28 25.07.2021
Gündəm
657
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellin Azərbaycana səfərindən sonra tərəflər arasında starteji əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilən məsələlərdəndir”.
“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır:
“İttifaqın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur. Ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamasından sonra bu qurum ilə Azərbaycanın əməkdaşlığı daha da dərinləşməkdədir.
Digər tərəfdən, Azərbaycan iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi çərçivəsində 2021-ci ildə Avropaya 5 milyard kub metr mavi qaz nəql ediləcək. Bu dəhliz çərçivəsində birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan növbəti uzun müddətli dövrdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə verə biləcək”.
V.Bayramovun sözlərinə görə, 44 günlük Vətən Savaşında əldə edilən zəfərdən sonra Avropa İttifaqının regionda komunikasiyaların açılmasında rolunun gücləndirilməsi vacibdir:
“Prezidentin “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı da ölkəmizin regionda dayanıqlı sülhdə maraqlı olduğunu təsdiq edir. Kommunikasiyaların bərpası Ermənistan üçün yeganə xilas yolu olmaq yanaşı kifayət qədər həssas olan Cənubi Qafqaz üçün sülh kontekstindən yeganə alternativlərdəndir. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və eləcə də, məcbur etmək üçün Avropa İttifaqı kifayət qədər böyük imkanlara və potensiala malikdir və bundan da istifadə olunması olduqca vacibdir. Eyni zamanda, torpaqlarımız işğaldan azad olunduqdan sonra Avropanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi imkanları kifayət qədər genişdir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında regional ölkə olaraq mühim rola malikdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Kommunikasiyaların paralel bərpası istiqamətində də Avropa İttifaqı xüsusi rola malik ola bilər”.
Deputat qeyd edib ki, Füzulidə, Zəngilanda, Laçındakı beynəlxalq hava limanların açılması ilə cəmi 2 ilə Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq:
“Eləcə də yükaşırma qabiliyyəti 10 milyon ton olan və bu imkanın 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının istifadə verilməsindən sonra tərəflər arasında beynəlxalq yükdaşımalar sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq. Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər Vətən Savaşındakı qələbəmizdən sonra yeni strateji mərhələyə daxil olur. Avropa İttifaqının yeni təşəbbüsləri regiondan dayanıqlı sülhün formalaşdırılması baxımdan çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm