Fürsətdir! - “Antiterror əməliyyatına başlayıb, Xankəndi və ətrafını...”
Fidan Həmişəyeva
11:53 03.09.2021
Gündəm
1068
Xəbər verdiyimiz kimi, bu gün gecə saat 01:00-dan 02:15-dək Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub.Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildirilib ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.
Ermənilərin növbəti təxribatını “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli vurğulayıb ki, Şuşanın atəşə tutulması artıq Azərbaycanın antiterror əməliyyatına başlaması, Xankəndi və onun ətrafını öz yurisdiksiyasına alması üçün tam fürsətdir.
Onun sözlərinə görə, ruslar nəinki erməniləri bölgədən çıxarır, hətta onların gözü qabağında ordumuza atəş açırlar:
“Bəs, rus sülhməramlıları haara baxırlar? Ermənistanın 10 noyabr sazişinin müddəalarını pozması, Rusiyanın sülhməramlı kimi öhdəsindən gələ bilməməsi bizə aniterror əməliyyatına başlamağa imkan verir. Azərbaycan da bu durumdan istifadə etməlidir. Bəziləri deyir ki, ölkəmizin aniterror əməliyyatlarına başlaması mümkün deyil, çünki orada rus sülhməramlıları var.
Birinci Qarabağ müharibəsində də ruslar var idi, ancaq hər iki tərəf bir-biri ilə vuruşurdu. “Ruslar bölgədədir deyə nə istəyirlərsə, onu da edə bilərlər və biz hansısa reaksiya verə bilmərik” deyə bir şey yoxdur.
Özümüzü sakit aparsaq, ermənilər bizə hələ çox atəşlər açacaq. Bu dəfə şəhidimiz yoxdur. Amma kim bizə zəmanət verə bilər ki, gələn dəfə itkimiz olmayacaq? Bəs, müharibə bitmişdi, atəşkəs olmuşdu? Hər kəsə bəllidir ki, ruslar erməniləri açıq şəkildə, Avropa isə humanitar yardım adı ilə silahlandırır. İlanın başını tam əzməsək, bu ilan 2-3 ilə özünə gəlib bizi yenidən sancmağa başlayacaq. Ona görə də ilanın başı tez bir zamanda əzilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət