Gözümüz yolda, qulağımız səsdə...
Banuçiçək Kalbalıyeva
11:44 17.07.2020
Gündəm
1273
“Xalqımız ordumuzun arxasındadır”
“Beynəlxalq ictimaiyyət xalqımızın əlinə silah alıb əsgərlərimizlə birlikdə döyüşməyə hazır olduğunu gördü”
İyulun 12-də Tovuzda başlayan hərbi əməliyyatlar hələ də davam etməkdədir. Necə deyərlər, gözümüz yolda, qulağımız səsdədir...Bir tərəfdən şəhid xəbərləri alır, digər tərəfdən isə səfərbərlik, müharibə əmri gözləyirik. Artıq hər kəs müsəlləh əsgərdir!
Vəziyyəti dəyərləndirən hərbi jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Tovuz döyüşləri xalqımızın birliyini, həmrəyliyini bir daha göstərdi:
“Bu əməliyyatların ən böyük üstünlüyü xalqımızın ruh yüksəkliyini görməyimiz oldu. İnsanların yürüşü, səfərbərlik idarələrində könüllü olaraq qeydiyyata alınması sübut etdi ki, xalqımız ordumuzun arxasındadır. Döyüşlər, sanki, bir sınaqdır. Hər kəs-bütün beynəlxalq ictimaiyyət xalqımızın əlinə silah alıb əsgərlərimizlə birlikdə döyüşməyə hazır olduğunu gördü.
Düzdür, itki də verdik. General-mayor Polad Həşimovun da, 18 yaşlı, gələcəyi hələ qabaqda olan əsgərimizin də şəhid olmasına eyni dərəcədə kədərlənirik. Allah hamısına rəhmət eləsin!”
A.Quliyev döyüşlərin genişlənmə ehtimalının az olduğunu düşünür:
“Hər şeyin göründüyü kimi olmasından əmin deyiləm. Fikrimcə, budəfəki əməliyyatların məhz Tovuzda başlanması təsadüfi deyil. Bu bölgədə hər iki tərəfin-həm bizim, həm də düşmənin irəliləməsi çətindir.
Keçmiş döyüşçülər xatırlayarlar, 2007-ci ildə baş verən Həsənqaya əməliyyatlarında da belə olmuşdu. Onda da uzun zamandan sonra ilk dəfə ağır artilleriyadan istifadə edilmişdi.
Amma əməliyyatlar nəticəsiz qaldı. Məncə, lokal döyüşlər davam edəcək. Ancaq genişmiqyaslı hərbi əməliyyatların başlanmasına inanmıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat