Gürcüstan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
17:03 09.10.2023
Gündəm
391
Gürcüstan parlamentinin Baş katibi xanım Ketevan Kvinikadzenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 9-da Milli Məclisdə olub. Qonaqlar burada deputatlar və parlament əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Gürcüstan nümayəndə heyəti Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevlə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi köklər üzərində qurulmuş dostluqdan danışan F.Hacıyev Ali Baş Koandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, sentyabr ayında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsi barədə fikirlərini bölüşüb. O, həmçinin qeyd edib ki, Azərbaycan Gürcüstanla digər sahələrdə olduğu kimi, parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır.
Ketevan Kvinikadze Azərbaycanın onun ən çox sevdiyi ölkələrdən biri olduğunu deyib, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, prioritet sahələrdə təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşü olub.
İşçi qrupun rəhbəri Arzu Nağıyev Azərbaycan ilə Gürcüstan arasında tarixi dostluq, mehriban qonşuluq münasibətlərindən söz açıb. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının önəmli rolunu vurğulayaq, Azərbaycan Prezidenti İlham Əliyevin son günlərdə Gürcüstana səfərini xüsusi qeyd edib.
Qanunverici orqanlar arasında əməkdaşlığın dinamik inkişafından danışan Arzu Nağıyev bu istiqamətdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, həmçinin parlament Aparatları arasında əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyindən bəhs edib.
Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadze ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin olduğunu söyləyib. O, əlaqələrin genişləndirilməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti, həmçinin Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri ilə də görüş keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm