“Heç bir ana övladının tabutuna sarılmasın” - Özgür Özəl “bu qanuna "hə" deyəcəyik” söyləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında “Terrorsuz Türkiyə” prosesinin hüquqi bazasını yaradacaq qanun layihəsinin müzakirəsi keçirilir.

Sherg.az xəbər verir ki, YENİ Partiyanın sədri Özgür Özəl parlamentdə çıxışı zamanı qanun layihəsini dəstəkləyəcəklərini açıqlayıb.

“Bir daha heç bir ana övladının tabutuna sarılmasın, şəhid xəbərləri gəlməsin deyə sülhün yolunu açacağıq. Bu qanuna "hə’ deyəcəyik”, - deyə Özəl bildirib.

Qeyd edək ki, layihənin bu gün TBMM-də qəbul ediləcəyi gözlənilir.